Region Agro MMC Əmək Yarmarkasında !


29 noyabr 2024-cü il tarixində Gəncə şəhərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə Əmək Yarmarkası keçirildi. Tədbirdə işaxtaran şəxslərlə əmək bazarının aktual tələbləri və iş imkanları müzakirə edildi. Region Agro MMC olaraq, yarmarkada fəal iştirak etdik. Tədbirin əsas məqsədi işaxtaran şəxsləri potensial işəgötürənlərlə bir araya gətirmək, yeni iş imkanları yaratmaq və əmək bazarının inkişafına töhfə vermək idi.


Yarmarka zamanı müxtəlif peşə və ixtisaslara sahib işaxtaranlarla birbaşa görüşlər keçirdik və namizədlərin müraciətlərini qeyd etdik. İştirakçılara şirkətimizin fəaliyyəti, mövcud vakansiyalar və karyera imkanları barədə geniş məlumat təqdim etdik. Region Agro MMC olaraq, ölkəmizin əmək bazarının inkişafına dəstək olmaq və bacarıqlı kadrlarla əməkdaşlıq etmək prioritetlərimizdəndir. Əmək yarmarkasında iştirakımız bu məqsədə doğru atılan önəmli bir addım idi.


Təşkilatçılara və iştirakçılara təşəkkürümüzü bildirir, işaxtaran şəxslərlə gələcək əməkdaşlıqlarımızı səbirsizliklə gözləyirik.