"Region Agro" MMC - nin direktoru Xatirə Məmmədova, mövsümün ilk toxum alıcılarına öz təşəkkürünü bildirib


Yerli Fermerlər Bizimlə Əməkdaşlıq Edir 🌾


Şirkətimiz son payızlıq əkin mövsümündə bir çox yerli fermerlərin buğda və arpa toxumu tədarükü üçün müraciətlərini qəbul edib. Fermerlərlə uğurlu görüşlər keçirilib və onlara toxumun istehsal prosesi, yerli və xarici sort toxumların xüsusiyyətləri ilə bağlı məlumat verilib. Şirkətimizin direktoru onlara bizi seçdiklərinə görə təşəkkür edib və qarşıdakı əməkdaşlığın hər iki tərəf üçün məhsuldar olacağına inandığını vurğulayıb.


Yerli fermerlərin etimadı və dəstəyi ilə, biz kənd təsərrüfatı sektoruna yenilikçi həllər təqdim etməyə davam edəcəyik. Birgə inkişafa doğru atdığımız bu addımlar bizi daha da gücləndirir!