1 noyabr 2024-cü il tarixində “Region Agro” MMC-nin direktoru Xatirə Məmmədova “Kənd Təsərrüfatı İşçiləri Günü” münasibətilə şirkətimizin dəyərli kollektivini bir araya gətirdi. Bu əlamətdar gündə kənd təsərrüfatı sahəsində göstərdikləri fədakarlıq və əzmkarlıqla fərqlənən işçi heyətimizlə görüşən Xatirə Məmmədova, onların əməyini yüksək qiymətləndirərək gələcəkdə də uğurlar dilədi. Tədbirin sonunda isə kollektiv xatirə şəkli çəkdirdi.
"Region Agro" MMC olaraq bütün əməkdaşlarımızın və kənd təsərrüfatı sektorunda çalışan hər kəsin bu özəl gününü təbrik edir, onlara davamlı uğurlar arzulayırıq !